8 fevral 2013 17:08
Kamran Ağayev Bakı ilə rəsmi müqavilə imzaladı
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev nəhayət ki, “Bakı” ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu qış fasiləsində heyətinə cəlb etdiyi qolkiperlə müqavilə imzalayıb.
Tərəflər iki illik anlaşmaya imza atıblar. Qeyd edək ki, Ağayevin son klubu “Xəzər Lənkəran” olub.
“Qarabağ”ın hücumçusu Rauf Əliyevin “Bakı”ya keçidi isə hələlik tam rəsmiləşməyib.
