8 fevral 2013 18:02
Kəpəzin yeni kapitanı bəlli oldu
Azər Məmmədovun karyerasını bitirməsindən sonra kapitan sarğısı Xəyal Zeynalova verilib. Azerisport.az xəbər verir ki, Məmmədovun futbol oynadığı dövrlərdə onun yoxluğunda vitse-kapitan kimi futbolçuları meydana çıxaran qolkiper indi komandanın əsas kapitanı olacaq.
Xəyalın kapitan seçilməsi ilə boş qalan vitse-kapitan postunu Nikolay Svejentsev tutub. Xatırladaq ki, "Kəpəz"in digər vitse-kapitanı Şahin Kərimovdur. Çərçivə qoruyucunun meydana çıxmadığı görüşlərdə Svejentsev və ya Kərimov sarğını daşıyacaq.
