8 fevral 2013 19:55
Yığmamız Rusiya klubuna 5 qolla qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın bu dəfəki rəqibi Rusiyanın ELMONT klubu olub.
Oyun millimizin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız bu görüşdə aşağıdakı heyətlə mübarizə aparıb:
Ramil Əliyev, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Ramin Quliyev, Fayər Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Sahib Məmmədov, Nahid Mehrəliyev, Vaqif Şirinbəyov.
Qeyd edək ki, Bəhram Hətəmovun yetirmələri ilk oyunda Rusiyanın “Podvodnik” klubuna 5:1 hesabıyla qalib gəlmişdi. İkinci oyunda isə “Golden”ə 0:2 hesabıyla uduzmuşdu.
Azərbaycan – ELMONT - 5:3 (1:0, 1:1, 3:2)
Qollar: Şirinbekov, 9 (1:0), O.Məmmədov, 13 (2:0), 39 (5:3), Sorokin, 14 (2:1), 34 (3:3), Baxşəliyev, 30 (3:1), Sabirov, 33 (3:2), Z.Zeynalov, 38 (4:2).
Turnir cədvəli: Golden - 6 xal (8-6), Azərbaycan - 6 (10-6), Podvodnik - 3 (10-12, ELMONT - 3 (11-15).
