8 fevral 2013 20:18
Super Liqa klubunda yeni baş məşqçi
Hikmet Karamanın istefasından sonra baş məşqçisiz qalan Türkiyənin “Gaziantepspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Bülent Uyğunla anlaşıb.
Bu barədə açıqlama verən klubun prezidenti İbrahim Kızıl Uyğunla mövsümün sonunadək anlaşma əldə etdiklərini bildirib. Klub rəhbəri qeyd edib ki, mövsümün sonunda baş məşqçi ilə yenidən danışıqlar masasına oturacaqlar.
Qeyd edək ki, bu posta “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsın adı keçirdi. İngilis mütəxəssis menecerlər tərəfindən “Gaziantepspor”a təklif olunmuşdu.
Bülent Uyğun bundan əvvəl “Sivasspor”, “Bucaspor”, “Eskişehirspor” və “Elazığspor”u çalışdırıb.
