8 fevral 2013 20:35
Cavid Hüseynov Türkiyə klubunu Bakıya dəyişdi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Türkiyənin “Adana Demirspor” klubu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Klubun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, mövsümün əvvəlindən əsas heyətdə o qədər də çox forma şansı qazanmayan Hüseynovla İdarə Heyəti arasında keçirilən görüşdən sonra müqavilənin pozulmasına qərar verilib. Qeyd edək ki, Cavid “Adana Dəmirspor”da 1 kubok, 13 çempionat oyununda meydana çıxıb və 547 dəqiqə oynayaraq, 2 sarı vərəqə alıb.
Onun artıq yeni klubu da müəyyənləşib. Belə ki, xeyli müddət idi “Bakı”ya keçəcəyi gözlənilən futbolçu paytaxt təmsilçisi ilə müqavilə bağlayıb. “Zolaqlılar” artıq onun adını Premyer Liqanın qalan hissəsi üçün iştirak ərizəsinə də daxil ediblər.
