9 fevral 2013 00:14

Fasilə bitdi, çempionata davam!

Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında dekabr ayından yaranan qış fasiləsinə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, 19-cu turun oyunları üç gün ərzində baş tutacaq.
 
İlk oyun günündə üç görüşün keçirilməsi planlaşdırılır. “Rəvan” “Turan”la münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi meydan sahibi kimi çıxacağı 6-cı duelə cüzi üstünlüklə çıxacaq. Lakin son 3 matçda bakılılar qalib gəlməyib. Maraqlıdır ki, son 4 oyunda meydan sahibi olan komanda 2 qol vurur. İlk dövrədə Tovuzda keçirilən görüşdə də 2:2 hesabı qeydə alınmışdı.
 
AZAL cari mövsümün sürpriz komandası “Simurqu qəbul edəcək. Bakılılar 18-ci dəfə qarşılaşacağı  “Simurq”la matçlarda böyük üstünlüyə malikdi. AZAL son 9 oyunda bu rəqibinə uduzmayıb. Zaqatala təmsilçisi 1087 gündən sonra rəqibini məğlub etməyə çalışacaq. Bu, üst pillələrdəki mövqeyini qorumaq üçün “Simurq”a çox vacibdi. İlk dövrədə Zaqatalada baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Vaqif Sadıqovun komandası da ilk altılıq uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmağa borcludu.
 
Son ölkə çempionu “Neftçi” bu tur “Kəpəz”lə qarşılaşacaq. İlk dövrədə keçirilən görüşdə “Neftçi” bu rəqibini 4:1 hesabıyla məğlub etmişdi. Elə bu dəfə də qarşılaşma Bakıda baş tutacaq. Həm bu, həm də rəqib komandanın cari mövsümün ən zəif klubu olması “ağ-qaralar”ın növbəti qələbəyə yaxın olmasından xəbər verir. Qeyd edək ki, qısa fasilə ilə ilk milli çempionatdan rəqabət aparan klublar 39-cu dəfə qarşılaşacaqlar. Son 6 matçda 5 qələbə qazanan “Neftçi” məhz bu qarşılaşmalar hesabına ümumi balansda üstünlük əldə edib.
 
Cari mövsümün daha bir uğursuz komandası - “Bakı” bu tur “Sumqayıt”la qarşılaşacaq. Qış fasiləsində heyətində çoxlu dəyişikliklər edən “zolaqlılar” autsayderlə dueldən mütləq qalib ayrılmağa çalışacaq. Lakin “Sumqayıt” da cari mövsümdə xüsusilə iddialılara ciddi müqavimət göstərməsi ilə diqqət çəkir. Elə ilk dövrədə keçirilən görüşdə “Sumqayıt”ın “Bakı”nı 1:0 hesabı ilə məğlub etməsi də təsadüfi deyildi. Paytaxt və Sumqayıtın eyniadlı  klubları 4-cü dəfə üz-üzə gələcəklər. Əvvəlki oyunlarda bakılılar cüzi üstünlüyə malikdi. Maraqlıdır ki, baş tutan hər 3 qarşılaşmanın taleyini cəmi 1 qol həll edib.
 
Turun ən maraqlı görüşlərindən biri Qəbələdə eyni adlı klubla “Qarabağ” arasında keçiriləcək. Son 5 oyunda qələbə qazana bilməyən “Qarabağ” 728 gündən sonra “Qəbələ”ni yenməyə çalışacaq. Meydan sahiblər isə 18-ci dueldəki qələbə ilə ümumi balansdakı tarazlığı bərpa etmək niyyətindədilər. İlk dövrədə keçirilən görüşdə “Qarabağ” 1:2 hesabıyla uduzmuşdu. İndi Ağdam klubu bu məğlubiyyətin əvəzini çıxmaqla liderlər qrupunda aralanmamağa çalışacaq. Lakin “Qəbələ” də ilk altılıqdakı yerini təmin etmək üçün mütləq qələbə qazanmalıdı. Hər halda bir sıra yeni transferlərə imza atmış klubların ifasında güzəştsiz mübarizə izləyəcəyimiz dəqiqdi.
 
Nəhayət, turun mərkəzi və qapanış matçında “Xəzər Lənkəran” “İnter”lə qarşılaşacaq. 24-cü dəfə qarşılaşacaq iddialı rəqiblər daha çox heç-heçə etməklə diqqət çəkir. Qələbə sayında isə “İnter” üstünlüyə malikdi. Lakin bakılılar son 3 qarşılaşmada rəqib qapısına qol da vurmayıblar. Elə ilk dövrədə Bakıda baş tutan görüşdə də qolsuz heç-heçə qeydə alınmışdı. “Bankirlər” liderliyi qorumaq üçün çətin səfərdən qalib ayrılmağa, ən azı heç-heçəyə imza atmalıdı. Cənubluların isə iddiaların davam etdirmək üçün qələbə qazanmaqdan başqa çıxış yolları yoxdu.
 
Topaz Premyer Liqası
19-cu tur
9 fevral (şənbə)
 
15:00. Kəpəz – Neftçi
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Dalğa Arena”.
 
17:00. Rəvan – Turan
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Ramiz Əsədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Bayıl Arena”.
 
18:30. AZAL – Simurq
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “AZAL Arena”.
 
10 fevral (bazar)
 
13:30. Bakı – Sumqayıt
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Cavanşir Yusifov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
 
15:30. Qəbələ – Qarabağ
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Qəbələ. Şəhər stadionu.
 
11 fevral (bazar ertəsi)
 
16:00. Xəzər Lənkəran – İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran şəhər stadionu.
 
1 İnter 18 9 7 2 19 7 +12 34
2 Simurq 18 9 6 3 23 11 +12 33
3 Qarabağ 18 8 7 3 23 16 +7 31
4 Neftçi 17 9 2 6 35 21 +14 29
5 Qəbələ 18 8 4 6 21 18 +3 28
6 XL 18 6 6 6 24 18 +6 24
7 AZAL 17 5 7 5 21 19 +2 22
8 Sumqayıt 18 5 5 8 17 32 –15 20
9 Turan 17 5 5 7 19 22 –3 20
10 Bakı 17 3 10 4 15 13 +2 19
11 Rəvan 18 4 4 10 16 31 –15 16
12 Kəpəz 18 2 3 13 11 36 –25 9
 
Bombardirlər:
15 - Nikolas Kanales (Neftçi)
9 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benouahi (AZAL)
6 - Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.