9 fevral 2013 20:25

Neftçi və Rəvan qazandı, Simurqla AZAL sülh bağladı (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasının 19-cu turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq.
 
Qış fasiləsindən sonrakı ilk oyun Bakıda son çempion “Neftçi” ilə autsayder “Kəpəz” arasında baş tutub. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib.
 
“Rəvan” “Turan”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt klubu 2 cavabsız qolla 3 xala sahib çıxıb.
 
AZAL isə “Simurq”la qarşılaşıb. Bu görüşdə isə tərəflər sülhə razılaşıblar.
 
Topaz Premyer Liqası
19-cu tur
9 fevral (şənbə)
 
AZAL – SİMURQ - 1:1 (0:1)
Qol: Z.Popoviç, 2 (0:1), F.Nildo, (1:1)
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Ramiz Məhərrəmov.
Bakı. “AZAL Arena”.
 
Oyun başladı
2. Popoviç elə 2-ci dəqiqədə hesabı açı - 0:1
Nildonun hesabı bərabərləşdiməsinə Kramarenko mane olur
Meydanda çox sürətli oyun gedir
Şemonayev kobud oyuna görə sarı vərəqə alır
Benuahinin cərimə zərbəsi canlı səddən dönür
Meydan sahibləri hücumda çox aqressivdilər. Amma qonaqlar da inamla müdafiə olunurlar
Nildo qapıçı ilə üz-üzə qalsa da, hesabı bərabərləşdirə bilmir
R.Poladovun zərbəsi dirəkdən dönür
Nildo daha iki qol şansını boşa verir
AZAL daha üstün oyun sərgiləsə də, qol vura bilmir
Tağızadənin qol vurmaq istəyini Kramarenko gözündə qoyur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Bakılılar fasilədən sonra da fəal oyun nümayiş etdirməkdə davam edirlər
Nildo hesabı bərabərləşdirir - 1:1
R.Ramaldanov Benuahiyə qarşı sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan qovulur
Qonaqların azlıqda qalmasına baxmayaraq, meydanda bərabər səviyyəli mübarizə gedir
O.Səfiyaroğlu qol vurmağa yaxın olsa da, bundan yararlana bilmir
Benuahi çox gözəl qol şansını qaçırır
Matç başa çatdı
 
AZAL: 27. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 19. Orxan Səfiyaroğlu, 22. Ruslan Tağızadə, 11. Zohair Benouahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 15. Oskar Klava, 77. Saşa Yunisoğlu, 7. Cavid Tağıyev, 9. Elşən Məmmədov, 99. Orxan Həsənov, 37. Andrius Veliçka.
SİMURQ: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 4. Dilaver Zrnanoviç, 9. Marçin Burhard, 12. Tomislav Buşiç, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 27. Bəxtiyar Soltanov.
 
RƏVAN – TURAN - 2:0 (1:0)
Qollar: M.Adamoviç, 36 (1:0), M.Kalonas, 71 (2:0)
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Ramiz Əsədov, Feyzulla Feyzullayev.
Bakı. “Bayıl Arena”.
 
Oyun başladı
5. "Rəvan" ilk dəqiqələrdən hücuma atılıb
10. "Turan" əsasən müdafiəyə diqqət ayıraraq, əks-hücum şansı axtarır
11. "Rəvan"ın korner vuruşu bəhrəsiz qalır
20. Tərəflərin qarşılıqlı hücumları hələ ki, bəhrəsizdi
30. Qapılar qarşısında demək olar ki, ciddi qol vəziyyəti yaradan yoxdu
36. Adamoviç dəqiq zərbə ilə möhtəşəm qola imza atır - 1:0
38. N.Məmmədov sarı vərəqə ilə cəzalanır
40. Qeyd edək ki, bu dəqiqələrdə oyun güclü yağış altında keçir
44. A.Qədirinin zərbəsi qapıdan xeyli aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Turan"da İ.Berayanı həmyerlisi D.Canalidze əvəzləyir
47. S.Barlayın zərbəsini son anda K.Bayramov tutur
53. N.Orlovski də sarı vərəqə alır
59. S.Barlay zədələndiyi üçün Ş.Rəhimovla əvəzlənir
63. M.Zeçeviç də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
65. A.Qədirini F.Əliyev əvəzləyir
70. T.Cəlilovu M.Kalonas əvəzləyir
71. M.Kalonas meydana çıxdıqdan cəmi bir dəqiqə sonra N.Qurbanovun ötürməsini başla tora qovuşdurur - 2:0
80. "Rəvan" növbəti qolu vurmaq üçün cəhdlərini davam etdirir. "Turan" isə bu oyunda çox dişsiz görünür
83. N.Qurbanovun boş qapıya zərbəsi dirəkdən qayıdır
87. Ş.Rəhimov da sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Ş.Rəhimov komandasının növbəti qolunu vurmağa yaxın olsa da, zərbəsində azca dəqiqlik çatışmır
Matç başa çatdı
 
RƏVAN: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov, 14. Xuan Manuel Varea, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 19. Hüseyn Axundov, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev.
TURAN: 1. Kamal Bayramov (k), 6. Mikayıl Rəhimov, 3. Anatoli Stukalov, 2. Dmitri Pospelov, 7. Azər Məmmədov, 21. Elşad Manafov, 10. Ender Günlü, 19. Asəf Qədiri, 23. İrakli Beraya, 9. Murad Ağakişiyev, 11. Salif Ballo.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 17. Fərmayıl Əliyev, 14. Yaroslav Suxanov, 20. David Canelidze, 15. Sənan Qocayev, 22. Rəşad Hacızadə, 4. Vüqar Bəybalayev.
 
KƏPƏZ – NEFTÇİ - 0:3 (0:1)
Qollar: Flavinyo, 27 (0:1), N.Kanales, 68 (0:2), A.Abdullayev, 72 (0:3).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Bakı. “Dalğa Arena”.
 
Oyun başladı
2. R.Sadiqovun cərimə zərbəsini X.Qarayev asanlıqla tutur
5. "Neftçi" ilk dəqiqələrdən hücuma atılıb və erkən qol vurmağa çalışır
8. M.Müslümzadə Bertuççiyə qarşı kobudluğa görə sarı vərəqə alır
11. "Kəpəz"in əla əks-hücumunu Serebryakov zərbə ilə tamamlasa da, Stamenkoviç qola imkan vermir
20. Oyunda temp bir qədər aşağı düşüb
27. Flavinyo qüvvətli və effektli zərbə ilə uzaq doqquzluğa göndərir - 0:1
34. Svejentsev də sarı vərəqə alır
40. "Neftçi" hücumlarını davam etdirir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. X.Zeynalov komandasını real qoldan xilas edir
49. C.Məhərrəmovun təhlükəli zərbəsini Stamenkoviç kornerə çıxarır
50. "Kəpəz"in ardıcıl iki korneri bəhrəsiz qalır
55. E.Mehdiyev də sarı vərəqə ilə cəzalanır
56. Bertuççinin əvəzində meydana E.Yunuszadə çıxır
56. Cərimə zərbəsi zamanı Stamenkoviç komandasını qoldan xilas edir
57. X.Zeynalov da Arazın qola sevinməsinə möhtəşəm reaksiya ilə mane olur
68. Kanales dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi artırır - 0:2
72. A.Abdullayevin zərbəsi X.Zeynalovun kobud səhvi nəticəsində tora daxil olur - 0:3
76. Flavinyonu C.İmamverdiyev əvəzləyir
78. "Kəpəz"də Sepiaşvilini E.Kərəmli, S.Hüseynli isə E.Həsənəliyevlə əvəzlənir
79. Araz daha bir qol vursa da, ofsayd səbəbindən hesaba alınmır
80. Kanalesi B.Nasimov əvəzləyir
83. Vobayın zərbəsi qapı tirindən dönür
85. Vobay boş qapını nişan ala bilmir
85. "Kəpəz"də M.Müslümzadəni E.Əzizov əvəzləyir
90. Matçın əsas vaxtına daha üç dəqiqə əlavə olunur
Matç başa çatdı
 
KƏPƏZ: 16. Xəyal Zeynalov (k), 2. Cəmşid Məhərrəmov, 3. Samir Hüseynli, 4. Məhərrəm Müslümzadə, 6. Məhərrəm Hüseynov, 15. Şahin Kərimov, 17. Pirkuli Saparov, 18. Nikolay Svejentsev, 19. Rahimberdı Baltiyev, 29. Georgi Sepiaşvili, 30. Vladislav Serebryakov.
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 5. Mətləb Məmmədov, 8. Elvin Həsənəliyev, 10. Zaur Əsədov, 14. Elxan Əzizov, 25. Elgiz Kərəmli, 23. Ravil Müslümov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 3. Denis Silva Kruz, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
 
Turun digər oyunları: 10 fevral - Bakı – Sumqayıt, Qəbələ – Qarabağ. 11 fevral - Xəzər Lənkəran – İnter.
 
1 Simurq 19 10 6 3 24 11 +13 36
2 İnter 18 9 7 2 19 7 +12 34
3 Neftçi 18 10 2 6 38 21 +17 32
4 Qarabağ 18 8 7 3 23 16 +7 31
5 Qəbələ 18 8 4 6 21 18 +3 28
6 XL 18 6 6 6 24 18 +6 24
7 AZAL 18 5 7 6 21 20 +1 22
8 Sumqayiı 18 5 5 8 17 32 –15 20
9 Turan 18 5 5 8 19 24 –5 20
10 Bakı 17 3 10 4 15 13 +2 19
10 Rəvan 19 5 4 10 18 31 –13 19
12 Kəpəz 19 2 3 14 11 39 –28 9
 
Bombardirlər:
16 - Nikolas Kanales (Neftçi)
10 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benouahi (AZAL)
6 - Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.