8 fevral 2013 11:08
Rahid Əmirquliyev: Şəxsən mən Lixtenşteyni yenəcəyimizə əmin idim
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev azerisport.az saytına müsahibəsində Lixtenşteynlə yoldaşlıq matçından danışıb, eləcə də digər sualları cavablandırıb.
- Son oyunla bağlı nə deyə bilərsiz?
- Mənə elə gəlir ki, Lixtenşteynlə oyunda biz ilk dəqiqələrdən matçın sonuna qədər diqtə edən tərəf idik. Çoxlu qol vəziyyətləri yaratdıq. Baxmayaraq ki, onların yalnız birindən yararlana bildik.
- Mənə elə gəlir ki, Lixtenşteynlə oyunda biz ilk dəqiqələrdən matçın sonuna qədər diqtə edən tərəf idik. Çoxlu qol vəziyyətləri yaratdıq. Baxmayaraq ki, onların yalnız birindən yararlana bildik.
- Nəticədən razısız?
- Hə. Şükür Allaha ki, 1:0 hesabıyla da olsa, qalib gələ bildik. Amma böyük hesabla da qələbə qazana bilərdik.
- Hə. Şükür Allaha ki, 1:0 hesabıyla da olsa, qalib gələ bildik. Amma böyük hesabla da qələbə qazana bilərdik.
- İlk hissədə futbolçularımızda bir qədər həyəcan hiss olunurdu...
- Belə rəqiblərlə oyunlarda ilk qolu vurmaq çox çətin olur. Bu, alınmadıqca, həyəcan daha da artır. Amma mənə elə gəlir ki, biz ilk yarıda ələ düşən qol epizodlarının birini dəyərləndirsəydik, oyun çox sakit keçəcəkdi.
- Rəşad Sadiqov penaltini qaçıranda qələbəyə inamınız azalmadı ki?
- Qətiyyən. Şəxsən mən istənilən halda oyunu qalib başa vuracağımıza əmin idim.
- Qətiyyən. Şəxsən mən istənilən halda oyunu qalib başa vuracağımıza əmin idim.
- Digər futbolçuların çıxışı sizi qane etdi?
- Mənə elə gəlir ki, onlar yaxşıdılar. Amma istənilən halda son qərar məşqçilər korpusunundu.
- Mənə elə gəlir ki, onlar yaxşıdılar. Amma istənilən halda son qərar məşqçilər korpusunundu.
- Lüksemburq və Portuqaliya ilə oyunlardan nə gözləyirsiz?
- Bizi çətin sınaqlar gözləyir. Çünki Lüksemburqla səfərdə oynayacağıq. Portuqaliya ilə də harda oynamasından asılı olmayaraq, asan oyuna ümid etmək mümkünsüzdü.
- Bizi çətin sınaqlar gözləyir. Çünki Lüksemburqla səfərdə oynayacağıq. Portuqaliya ilə də harda oynamasından asılı olmayaraq, asan oyuna ümid etmək mümkünsüzdü.
- Qarşıda sizi “İnter”lə çempionat oyunu da gözləyir...
- Bizə qələbə qazanmaq lazımdı. “İnter” çempionatın lideridi. Onlar həqiqətən də yaxşı oyun sərgiləyirlər. Amma biz də ilk altılığa düşmək üçün mübarizə aparırıq. Məqsədimiz çempion olmaqdı. Buna görə də mütləq qələbə qazanmalıyıq.
