8 fevral 2013 11:16
Karles Bakes: Bu matçların nəticələri çox da vacib deyildi
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, baş məşqçi Karles Martorell Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Düşərgədə hər şey yaxşı idi. Bizim çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik. Bu həftə tam heyətlə işləmək imkanımız olacaq. Bundan başqa, demək olar ki, 4 həftə bundan öncə Antalyaya gələn “Xəzər Lənkəran”la hazırkı komanda arasında böyük fərq var. Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdı.

Yoldaşlıq oyunlarına gəldikdə isə, deyə bilərəm ki, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, biz tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bugün komanda kifayət qədər yaxşı vəziyyətdədi”.