8 fevral 2013 11:38
Xəzər Lənkəranın məşqçisi: Komandanın yaxşı vəziyyətdə olduğunu düşünürəm
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Erik Roketa Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Futbolçuların 3 həftəlik tətil boyu istirahət etməyə və zədələrini sağaltmağa kifayət qədər imkanları oldu. Ona görə də onlar bu hazırlıqlarda yaxşı çalışdılar. Son üç həftədə biz onlarin fiziki göstəricilərini və taktikalarını inkişaf etdirmək üçün çalışdıq. Bu, futbolçular üçün çox vacibdir. Çünki onlar növbəti 4 həftə ərzində çempionatın təsnifat mərhələsinin qalan oyunlarına çıxacaqlar və bundan sonra pley-off matçları oynanılacaq. Mən onların fiziki hazırlıqlarını 100% kimi dəyərləndirə bilmərəm, amma bu rəqəm 70-80% ola bilər. Futbolçular düşərgədə ciddi şəkildə işlədilər. Son məşq kifayət qədər intensiv keçdi. Ümumiyyətlə, komandanın yaxşı vəziyyətdə olduğunu düşünürəm”.
