8 fevral 2013 11:44
“Bu, çempionat oyunlarında öz bəhrəsini verməlidi”
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın qapıçılarla iş üzrə məşqçisi Hafiz Əliyev Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Məşqlərdən razı qaldım. Ümumiyyətlə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Uşaqlar fiziki cəhətdən kifayət qədər yükləndilər, təcrübələrini artırdılar. Bu, sözsüz ki, qarşıdakı çempionat oyunlarında öz bəhrəsini verməlidi”.
