8 fevral 2013 11:50
Uğur Pamuk: Biz yaxşı hazırlıq keçdik
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın yeni transferi Uğur Pamuk Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Toplanışdan çox razı qaldım. Zənnimcə burada biz yaxşı hazırlıq keçdik. Ümid edirəm ki, klubun etdiyi transferlər də uğurlu olar və bu öz bəhrəsini tezliklə verər. Əsas məqsədimiz çempionatın təsnifat mərhələsinin son dörd turunda qələbə qazanıb mübarizəni ilk altılıqda davam etməkdi”.
