8 fevral 2013 12:19
Orxan Sadıqlı və Kazım Kazımlı Xəzər Lənkəranın hazırlığından danışdı
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın gənc futbolçuları - Kazım Kazımlı və Orxan Sadıqlı Türkiyə hazırlıqlarını qiymətləndirib:
Kazım Kazımlı: “Hazırlığımız əla keçdi. Artım nəzərə çarpacaq səviyyədədi. Bu, hiss olunur. Düşünürəm, komandamız qarşıdakı oyunlarda ancaq qələbə qazanaraq öz mövqeyini altılıqda bərkidəcək”.
Orxan Sadıqlı: “Toplanış bizim üçün çox vacib idi. Allahın köməyi ilə bunun xeyrini çempionat oyunlarında görərik. Hesab edirəm ki, bu gün biz çempionata tam hazırıq. Bizi əsas maraqlandıran toplanış ərzində keçirilən oyunlar yox, çempionat matclarıdı ki, orada da özümüzü göstərəcəyik. Azarkeşlər bizi gözləyir. Biz də onlar üçün darıxmışıq”.
