9 fevral 2013 00:07

Cavid İmamverdiyev: Gələcək transfer dönəmində necə addım atacağımı bilirəm

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, Ukraynanın “Dinamo” (Kiyev) klubunda baxışda olmasından da danışıb.
 
- “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışından sonra digər futbolçular kimi səninlə də bir çox Avropa klubları maraqlanmağa başladı. Hətta Ukraynanın “Dinamo” Kiyev klubunun düşərgəsinə də yollanmışdın. Bu təkliflər arasında niyə məhz “Dinamo” Kiyev klubunu seçmişdin?
- Doğrudan da avrokuboklardakı çıxışımızdan sonra təkliflər çoxaldı. Bu klublar arasından “Dinamo”nun təklifi mənə daha maraqlı idi. Bu klubun ənənəsi və gücü göz qabağındadı. Yetirməsi olduğum “Neftçi” klubunun rəhbərliyi də mənim ölkə xaricinə çıxmağımı və ən önəmlisi əsas komandada möhkəmlənməyimi istəyirdi, eyni zamanda ikinci heyətdə oynamağımı məqsədəuyğun saymırdı. Mən özüm klub prezidenti Sadıq Sadıqovdan israrla xahiş etdim ki, Kiyevə gedim. Yoxlama oyunlarından sonra mənə “Dinamo” 2-də oynamaq təklif olundu. Məşqçilər dedi ki, əsas komandada oynamağa hələ hazır deyiləm. İkinci heyətdə isə çıxış etmək istəmədim.
 
- Nə üçün digər təklifləri dəyərləndirmədin?
- İndi bu haqda düşünürəm və fikirləşirəm ki, “Dinamo”ya keçməkdə israr etməsəydim digər variantlardan yararlana bilərdim. Hər halda biz səhvlər üzərində öyrənirik. Gələcək transfer dönəmində necə addım atacağımı bilirəm. Əlbəttə güclü komandada oynamaq hər kəsin arzusudu. Amma gərək əsas heyətdə meydanda olub sözünü deyə biləsən. Məndən əvvəl Araz Abdullayev ölkə xaricində oynamışdı. Həmin dövrdə “Neftçi” rəhbərliyi israrla onun əsas heyətdə meydana çıxması şərtini irəli sürmüşdü. Əgər bundan sonra legioner həyatı yaşasam hisslərimlə deyil, komandamızn uyğun gördüyü şəkildə hərəkət etməyə çalışacam. Bu daha məntiqli və doğru olar.
 
- Gələn mövsüm Cavidi ölkə xaricində görmək istərdik.
- İndiki halda mənim “Neftçi” ilə uzun müddətli müqaviləm var və ən azı mövsümün sonuna kimi bu komandadayam. Bundan sonra rəhbərliyin uyğun bildiyi şəkildə addım atacam. Yenə də deyirəm mən “Neftçi”nin yetirməsiyəm və nəyə nail olmuşamsa, bu “Neftçi”nin hesabına olub. Klub prezidenti Sadıq Sadıqovun qayğısını hər zaman üzərimizdə hiss etmişik. Onun zəhmətini boşa vermərik və inanıram ki, bu mövsüm ardıcıl 3-cü çempionluğu yaşadıqdan sonra ölkə xaricinə çıxıb orada da ölkəmizi layiqincə təmsil edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.