8 fevral 2013 12:23
Dimitrios Sialmas: Bu, çox da önəmli deyil
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın yunanıstanlı hücumçusu Dimitrios Sialmas Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Düşünürəm ki, biz burada olduğumuz müddətdə bir ailə kimi çalışdıq. Ola bilər ki, biz bəzi yoldaşlıq görüşlərində qələbə qazana bilmədik. Amma bu, çox da önəmli deyil. Bizə qarşıdakı pley-offdan öncəsi matçları qazanmaq lazımdı. Biz Azərbaycana qayıtdıq və burada 4 oyunumuz olacaq. Biz bu oyunlarda qalib gəlməliyik və qalib gələcəyik”.
