8 fevral 2013 12:43
“Komandaya kömək etmək üçün təxminən 10 gün hazırlığa ehtiyacım var”
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın legioner müdafiəçisi Radomir Todorov Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Bu təlim-məşq toplanışında mənim məşqlərim daha çox bərpa xarakteri daşıyırdı. Tibbi korpus mənim zədədən bərpa olunmağım üçün əlindən gələn hər şeyi edir. Hələlik hər şey qaydasında gedir. Ümid edirəm ki, gələn həftə topla oynamağa və komandayla məşq etməyə başlayacağam. Düşünürəm ki, mənim komandaya kömək etmək üçün təxminən 10 gün hazırlığa ehtiyacım var”.
