8 fevral 2013 12:51
Skarlatake Xəzər Lənkəranın azarkeşlərinə söz verdi
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın legioner müdafiəçisi Adrian Skarlatake Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Mənim fikrimcə, bu, çox yaxşı təlim məşq toplanışı idi. İndi komanda daha yaxsi vəziyyətdədi və biz növbəti oyunlara hazırıq. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, öz azarkeşlərimiz üçün pley-off mərhələsinə vəsiqə qazanaq. Biz öz azarkeşlərimizə söz veririk ki, pley-off öncəsi 4 oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
