8 fevral 2013 13:01
Xəzər Lənkəranın yeni transferi: Hazırıq!
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın yeni transferi Marin Orsuliç Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. “Xəzər Lənkəran” böyük camiədi. Mən görürəm ki, komanda günü gündən yaxşıya doğru gedir. Burada çox yaxşı oyunçular var. Düşərgə həqiqətən də mükəmməl idi. Bizim üçün şəraitin ən yaxşısı yaradılmısdır: yaxşı meydança, yaxşı otel, yaxşı məşqlər. Bizim hər gün iki dəfə keçirilən məşqlərimiz çox maraqlı idi. Təlim məşq toplanışı ərzində biz ciddi şəkildə işlədik. Düşünürəm ki, biz artıq çempionat oyunlarına hazırıq”.
