8 fevral 2013 13:15
Adrian Pit: Bu 4 oyun bizim üçün döyüş kimi keçəcək
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından biri olan Adrian Pit Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Mən düşərgədəki məşq prosesindən razı qaldım. Ümid edirəm ki, biz “İnter”lə oyundan qalib ayrılaraq, pley-off mərhələsindən öncəki digər 3 matçda da qələbə qazanacağıq. Biz bu oyunlara tam olaraq hazır olmalıyıq. Bu 4 oyun bizim üçün döyüş kimi keçəcək. Bu oyunlarin hər birində qələbə qazanmalıyıq və əlimizdən gələn hər şeyi etməliyik ki, pley-off mərhələsinə vəsiqə qazanaq. Bu bizim üçün çox önəmlidi”.
