8 fevral 2013 13:26
Roberto Alviz: İnanıram ki, onlar bizə kömək edəcəklər
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Roberto Alviz Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Fikrimcə, təlim-məşq prosesini uğurla tamamladıq. Çünki məşq zamanı heç bir futbolçumuz zədələnmədi. 5 oyun oynadıq və düşünürəm ki, çempionata hazırıq. Klub bir sıra yeni futbolçular transfer edib. İnanıram ki, onlar bizə kömək edəcəklər. Mən ümid edirəm ki, bu təlim məşq toplanışı ərzində öz keyfiyyətimizi artırdıq. Düşərgənin nəticəsini şəxsən mən 5 balla qiymətləndirərdim”.
