9 fevral 2013 00:42

Mahmud Qurbanov: Zəif nəticələrimizi unutdurmaq istəyirik

“Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına verdiyi müsahibədə komandanın hazırlıq prosesi, heyətə cəlb edilən yeni transferlər, eləcə də digər önəmli məsələlər haqda danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Təlim-məşq toplanışını necə qiymətləndirirsiz?
- Tam hazır olduğumuzu deyə bilmərəm. Çünki məşqlərə gec başladıq. Heyətimizdə yeni futbolçular var. Onlar komandaya gec qoşulduqlarından, hələ tam uyğunlaşa bilməyiblər. İlk günlərdən bir yerdə olmamışıq. Son 3-4 gündə düşərgəyə gələnlər də var və bunu nəzərə almaq lazımdı.
 
- Komandaya götürdüyünüz yeni legionerlər haqda nə deyə bilərsiniz?
- Heyət cəlb etdiyimiz legionerlər bizə kömək edə biləcəklər. Buna görə əcnəbiləri komandaya götürmüşük. Baxmamış, oyununa qiymət verməmiş hec kimlə müqavilə bağlamamışıq. Komandamızın büdcəsinə uyğun futbolçular götürmüşük. Onların "Kəpəz"ə necə kömək edə biləcəklərini çempionat oyunlarında görə biləcəyik.
 
- Yerlilər haqda nə fikirləşirsiniz?
- Heyətə cəlb etdiyimiz uşaqlar arasında gənclərlə yanaşı təcrübəlilər də oldu. Cəmşid Məhərrəmov, Fərid Quliyev belələrindəndir. Quliyevin məsələsi hələ tam həllini tapmayıb. Amma ümid edirəm ki, Fərid bizimlə olacaq. Onların meydanda olmaları işimizə yarayacaq. Həmçinin adını çəkmədiyim digərlərindən də uğurlu çıxış gözləyirik. Gənclərə gəlincə, onlara ümidimiz böyükdür.
 
- Çempionatın qarışıdakı hissəsi barədə də düşüncələrinizi bilmək maraqlı olardı...
- Ötənilkindən yaxşı çıxış etməliyik. Zəif nəticələrimizi unutdurmaq istəyirik. Bacardıqca daha çox xal qazanıb, yuxarı pillələrə qalxmaq əsas məqsəddir. Düzdü, rəqiblərlə aramızda xal fərqimiz çoxdu.
 
- Fasilədən sonrakı ilk turda rəqib Neftçidi...
- Çətin oyun olacağını düşünürəm. Rəqib güclüdür. Çempionluğa oynayan komandadı. Heyətlərində yaxşı futbolçular cəmləşib. Amma bu o demək deyil ki, biz asan təslim olacağıq. Oynayıb, xal qazanmağa çalışaçağıq. Bunun nə dərəcədə alınacağını oyun göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.