8 fevral 2013 13:45
Elnur Allahverdiyev: Komanda yoldaşlarımın hamısına inanıram
Məlum olduğu kimi, "Xəzər Lənkəran" növbəti təlim-məşq toplanışını başa vuraraq, vətənə dönüb. Azerisport.az xəbər verir ki, komandanın müdafiəçisi Elnur Allahverdiyev Türkiyə hazırlıqlarını qiymətləndirib:
“Komandamız toplanış müddəti ərzində yaxşı hazırlaşdı. Bu prosesə ciddi yanaşıldı. Bilirdik ki, işimiz çətindi: həm altılığa düşmək üçün üzümüzə gələn 4 oyunda qələbə qazanmalıyıq, həm çempionluq uğrunda mübarizəni layiqincə aparmalıyıq. Ona görə də məsuliyətlə çalışırdıq. Futbolçuların hamısı əlindən gələni etdilər. Allah eləməsin, biz uğursuz nəticə göstərsək, bu, nə komandaya, nə də futbolçulara yaraşar. Ona görə çox ciddi çalışdıq. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. İnşallah onun bəhrəsini çempionatda görəcəyik. Mən komanda yoldaşlarımın hamısına inanıram”.
