9 fevral 2013 00:54

Xəzər Lənkəranla İnterin 32-ci dueli

“Xəzər Lənkəran” 2013-cü ilə “İnter”lə qarşılaşma ilə başlayacaq. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turunda lideri qəbul edəcək komanda tarixində 32-ci dəfə bu rəqiblə üz-üzə gələcək.
 
2004-cü ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 23 dəfə çempionat və 8 dəfə kubokda münasibətlərini ayırd ediblər.
 
İndiyədək baş tutan 31 qarşılaşmada 7 dəfə “Xəzər Lənkəran”, 8 dəfə isə “İnter” qalib gəlib. 16 matçda isə qalib müəyyənləşməyib. Top fərqində isə XL öndədi – 31:30. Düzdü, 7 qələbədən başqa “Xəzər Lənkəran”ın hesabında ölkə kubokunun finalına təsadüf edən penaltilər seriyasındakı qələbə də var.
 
Çempionatlardakı 24-cü matçadək 4 dəfə “Xəzər Lənkəran”, 6 dəfə “İnter” qalib gəlib. 5-ci qələbə iddiasında olan XL 13 dəfə 1 xalla kifayətlənib. Bu görüşlərdə bakılılar daha məhsuldar olub – 21:22.
 
Həm ümumi, həm də çempionatdakı matçlarda minimal üstünlük rəqibin tərəfində olsa da son oyunlarda “Xəzər Lənkəran” rəqibini qələbəyə həsrət qoyub. Belə ki, son 4 oyunda “İnter” qələbəyə həsrət qalıb. Bu matçlarda XL 1 qələbə qazanıb və 3 dəfə meydandan bərabərliklə ayrılıb.
 
Lənkəranda baş tutan qarşılaşmalarda isə XL öndədi. 14 oyunda 4 qələbəsi və 2 məğlubiyyəti olan “Xəzər Lənkəran” 8 dəfə heç-heçə ilə razılaşıb. Komanda öz meydanında vurduğu 15 qolun qarşılığında 12-ni buraxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.