9 fevral 2013 01:07
Millimizin yarımfinaldakı rəqibi müəyyənləşdi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirindəki növbəti rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Bəhramn Hətəmovun yetirmələri turnirin yarımfinal mərhələsində yenə Rusiya klubu ilə üz-üzə gələcək.
Bu dəfəki rəqib isə “Kristall” klubudu. Digər yarımfinal görüşündə də “Golden” “Nevski Front”la üz-üzə gələcək.
Qeyd edək ki, Bəhram Hətəmovun yetirmələri ilk oyunda Rusiyanın “Podvodnik” klubuna 5:1 hesabıyla qalib gəlmişdi. İkinci oyunda “Golden”ə 0:2 hesabıyla uduzan futbolçularımız qrupdakı son görüşündə ELMONT-u 5:3 hesabıyla üstələmişdi.
