8 fevral 2013 14:16
Türkiyəli futbolçu rəsmən Sumqayıtda (FOTO)
Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, "Berliner" AK-da çıxış etmiş azərbaycan əsilli yarımmüdafiəçi Can Akgün bu komanda ilə 1,5 illik müqavilə imzalayıb.
Hər iki ayağı ilə oynamaq qabiliyyəti olan 1989-cu il təvəllüdlü futbolçu 1.86 sm. boya malikdi.
Qeyd edək ki, Can Akgün peşəkar karyerasına 2008-ci ildə “Türkiyemspor”da başlayıb. Bu komanda ilə ümumilikdə 27 oyuna çıxan adıçəkilən futbolçu 2 qol vurub və 2 qol ötürməsi ilə yadda qalıb. Daha sonra “Berliner” AK-ya transfer olunan Can ilk mövsümdə 10 qarşılaşmada 3 qol vurub. 2010/11 mövsümündə bu klubla 25 oyuna çıxan yarımmüdafiəçi rəqib qapılarından 2 top keçirib və 3 qol ötürməsi edib. Can 2012/13 mövsümünün ilk yarısında isə “Berliner” AK-da 7 qarşılaşmada forma geyinib.
