8 fevral 2013 14:30
Kəpəz daha iki legionerlə rəsmi müqavilə imzaladı (FOTO)
"Kəpəz" qış fasiləsində baxışa dəvət etdiyi daha iki legioner futbolçu ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanov Alan Soltanov və Vladislav Serebryakovun oyununu bəyənərək, onları komandada saxlayıb.
Soltanov müdafiə xəttində çıxış edir. Serebryakov isə hücumçudu.
Futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
