8 fevral 2013 15:17

Avropa Klublar Birliyi növbəti toplantısını keçirdi

4-6 fevral 2013-cü il tarixlərində Qatarın paytaxtı Dohada Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib. Azerisport.az xəbər verir ki, “Bakı”nı bu tədbridə klubun baş meneceri Zeynal Məmmədov və media və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev təmsil ediblər.
 
Təşkilatın tarixində ilk dəfə olaraq Baş Assambleyada Avropa klubları ilə bərabər müşahidəçi qismində Afrika, Asiya və Amerika klubları da iştirak ediblər.
 
UEFA zonasına daxil olan 153 klubun təmsilçiləri ilə bərabər Braziliya, Argentina, Yaponiya, Misir, Qatar, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, Uruqvay,  Avstraliya, CAR və s. kimi ölkələrin aparıcı klubları 3 gün ərzində Dohada bir araya gələrək müasir futbol dünyasının problemlərini müzakirə edərək, yekun sənədə imza atıblar.
 
Baş assambleyada ECA-nın illik fəaliyyəti haqqında hesabat dinlənilib, təşkilatın nizamnaməsinə dəyişikliklər edilib. Transfer fəaliyyəti, maliyyə əməliyyatları, futbolçu və klub, futbolçu və menecer, klub və menecer münasibətlərinin şəffaflığını təmin etmək məqsədi ilə UEFA və FİFA-ya təkliflər irəli sürülüb. ECA və UEFA arasında əməkdaşlıq barədə memorandum müzakirə olunub. Milli komandaların beynəlxaq yoldaşlıq oyunları və Avropa kuboklarının təqvimi ilə bağlı təkliflər FİFA-ya ünvanlanıb.
 
Qatar-2020 Dünya Çempionatının təşkilat komitəsinin katibi Hassan əl-Tavadi dünya kubokuna hazırlığın gedişi, arenaların və müvafiq infrastrukturun tikintisi, iştirakçı və qonaqlar üçün nəzərdə tutulan şərait, nəqliyyat və otel sistemləri barədə ətraflı məlumat verib.
 
UEFA lisenziyalaşdırma komtiəsinin sədri Andrea Traverso təşkilatın apardığı monitorinq və lisenziya prosedurunun gələcək perspektivləri barədə hesabatla çıxış edib.
 
Cari ilin 15-19 aprel tarixləri arasında Barcelonada ECA I vitse-prezidenti və "Barselona" klubunun prezidenti Sandro Roselin rəhbərliyi altında marketinq qrupunun toplantısının keçirilməsi barədə razılıq əldə olunub. Marketinq, sponsorluq və brend mencerliyi mövzularını əhatə edəcək tədbirə dəvət alanlar sırasında "Bakı" futbol klubu var.
 
ECA daxilində qadın futbolu komtiəsinin yaradılması barədə qərar qəbul edilib. Bu komitəyə Olimpik (Lion) klubunun prezidenti Jan Mişel Olas (Jean-Michel Aulas) rəhbərlik edəcək.
 
Bu mötəbər tədbirdə iştirak edən klubumuzun nümayəndələri ikitərəfli görüşlər çərçivəsində "Metallist" (Xarkov, Ukrayna), "Porto" (Portuqaliya), "Harts" (Edinburq, Şotlandiya), "Feyenoord" (Niderland), Dinamo" (Kiyev, Ukrayna), "Roma" (İtaliya), Qalatasaray (Türkiyə), "Şerif" (Moldova), Helsinborq (İsveç) klublarının nümayəndələri ilə işgüzar görüşlər keçirərək, mümkün əməkdaşlıq detalallarını müzakirə ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.