8 fevral 2013 16:07

Qarabağla Qəbələ yubiley matça çıxır

“Qəbələ”nin 2013-cü ildəki ilk rəsmi matçı “Qarabağ”a qarşı olacaq. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutacaq görüş Ağdam təmsilçisi ilə yubiley – 20-ci oyun olacaq. Fevralın 10-da baş tutacaq 19-cu turun matçınadək rəqiblər artıq 19 dəfə üz-üzə gəliblər.
 
İndiyədək baş tutan görüşlərin 17-si Premyer Liqa, 2-si Azərbaycan kubokunda baş tutub. Bu matçlarda üstünlük hələlik “Qarabağ”ın tərəfindədir. Ağdamlılar 6, “Qəbələ” 5 qələbə qazanıb. Daha 8 görüşdə isə qalib müəyyənləşməyib. 41 qolun vurulduğu matçlarda “Qarabağ” daha məhsuldar olub – 22:19.
 
Lakin son 4 ildəki 14 oyunda “Qəbələ” cəmi 1 dəfə uduzub. Həmin məğlubiyyətdən sonrakı 7 oyunda 3 qələbəsi olan komanda daha 4 dəfə heç-heçə edib. Bir sözlə, “Qarabağ”ın son qələbəsindən artıq 2 il ötür.
 
Bu dəfəki matç “Qəbələ”nin 10-cu ev oyunu olacaq. İndiyədək 3 dəfə meydan sahibləri, 3 dəfə qonaqların qalib gəldiyi duellərdə 3 dəfə də heç-heçə qeydə alınıb. Top fərqinə də tarazlıq hökm sürür – 11:11. Amma “Qarabağ” 2008-cü il sentyabrın 20-dən sonra səfərdə qalib gələ bilmir.
 
2006/07 20.08.2006 Premyer Liqa Gilan (Qəbələ) - Qarabağ (Ağdam) 0:2
2006/07 22.02.2007 Premyer Liqa Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2
2007/08 06.10.2007 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2007/08 13.04.2008 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 2:1
2008/09 20.09.2008 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2008/09 15.03.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 23.09.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 06.12.2009 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:1
2009/10 21.03.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 3:1
2009/10 24.04.2010 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2010/11 25.09.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 2:1
2010/11 13.02.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 3:0
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1
2011/12 21.12.2011 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 0:0
2011/12 14.03.2012 Azərbaycan kuboku Qəbələ - Qarabağ (Ağdam) 2:2
2011/12 18.03.2012 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2011/12 28.03.2012 Azərbaycan kuboku Qarabağ (Ağdam) - Qəbələ 0:0
2011/12 14.04.2012 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:0
2012/13 31.10.2012 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.