8 fevral 2013 16:37
Kəpəzin əvəzedici komandası da 2 oyunçu ilə gücləndi
Əsas komanda ilə yanaşı, "Kəpəz"in əvəzedici heyəti də sıralarına yeni futbolçular cəlb edib. Azerisport.az xəbər verir ki, əvəzediciləri fasilə müddətində iki oyunçu ilə güclənib.
Bunlar qapıçı Novruz Rəhimov və yarımmüdafiəçi Elşad Əliyevdir. Sonuncu MOİK-dən gəlib. Rəhimov isə Gəncə futbol məktəbinin yetirməsidi. O, hərbi xidmətdən qayıdıb. Qolkiper əsgərliyə gedənə kimi "Qəbələ" Futbol Akademiyasının üzvü olub.
