8 fevral 2013 16:26
Kəpəz daha altı futbolçunu heyətinə qatdı
Topaz Premyer Liqasında “transfer pəncərəsi”nin bağlanmasına az qalmış "Kəpəz" heyətdə baxışda olaraq bəyənilən yerli futbolçularla müqaviləni rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Gəncə klubu Samir Hüseynli, Elgiz Kərimli, Məhərrəm Müslümzadə, Zaur Əsədov, Mətləb Məmmədov və Ramil Kərimovla müqavilə imzalayıb.
Adı çəkilən futbolçular mövsümün sonuna kimi "Kəpəz"də çıxış edəcəklər.
