8 fevral 2013 16:54
Rəvanın yeni transferi: Mən Neftçi və Qarabağa da keçə bilərdim
“Rəvan”ın yeni transferi Mindauqas Kalonas azerisport.az saytına müsahibəsində Azərbaycan klubuna keçidindən danışıb, digər sualları cavablandırıb.
- Azərbaycan klubuna keçidinizlə bağlı nə deyə bilərsiz?
- Şadam ki, Azərbaycan Premyer Liqasında oynamaq imkanı qazandım. Özümü yaxşı tərəfdən göstərmək və çempionatınızda oynamağa layiq olduğumu sübut etmək istəyirəm.

- Azərbaycana gəlməzdən öncə ölkəmiz haqda nə bilirdiniz:
- Çesnauski, Veliçka, Poşkus və başqaları mənə Premyer Liqanız haqda az danışmayıblar. Bilirəm ki, Premyer Liqada oynamaq asan deyil. Çünki burda yüksək səviyyəli legionerlər çıxış edirlər. Amma məndə də hər şeyin alınacağını düşünürəm.

- “Rəvan”ın səviyyəsi sizi qane edir?
- Bu komanda ilə hələlk məşqə çıxmışam. Burda məni hər şey qane edir. Komanda yaxşı futbol oynamağı sevir ki, bu da mənim əsl ürəymiddən xəbər verir.

- Mövsümün qalan dövrünü ikinci altılıqda, heç bir önəm daşımayan oyunlarla yola verməyiniz istisa deyil. Bu, sizi qorxutmur?
- Əgər komanda ilk altılığa düşməsə, deməli, biz buna layiq deyilmişik. Eybi yox. Hazırlaşıb, növbəti mövsümə hazır olmaq lazımdı. Amma biz hələ kubokda da mübarizəni davam etdiririk.ş
- Bəs öz qarşınıza hansı hədəflər qoymusuz?
- Bir il əvvəl mən “Qarabağ”da baxışda olmuşdum. Amma fiziki cəhətdən hazır olmadığıma görə, məşqçilər korpusu məni bəyənməmişdi. Bir neçə il öncə isə “Neftçi”yə baxışa çağırılmışdım. O zaman komandanı Hans Yürgen Gede çalışdırırdı. O vaxt sadəcə ortaq məxrəcə gələ bilməmişdik. İndi isə “Rəvan”la anlaşmışam. Əsas hədəfim “Rəvan”dan daha güclü kluba keçməkdi. Son iki mövsüm mənim üçün çox uğursuz oldu. Problemlə üzləşdiyim Zaporojye “Metallurg”u hətta başqa klublara keçidimə də razılıq vermirdi ki, oynayım.

- Ona görə 2010-cu ildən sonra Litva yığmasına dəvət almırsız?
- Bəli. Amma məni hesabdan silmək hələ tezdi. Ən yaxın zamanlarda yığmaya dönmək istəyirəm. Artıq yaxşı forma yığmışam və karyeramda yeni səhifəyə başlamağa hazıram.