9 fevral 2013 18:46
Böyükağa Hacıyev: Neftçidə bir qədər yorğunluq hiss olunurdu
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 19-cu turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Antalya toplanışından sonra komandada bir qədər yorğunluq hiss olunurdu. Ona görə də ilk dəqiqələrdə oyunumuzu tapa bilmədik. Həm də fasilədən sonra “Kəpəz”də necə komanda yığıldığını bilmirdik. Buna baxmayaraq, irəliləyən dəqiqələrdə oyunun tempini tutduq və öz oyunumuzu diqtə etməyə başladıq. Məğlub olmasına baxmayaraq, rəqib əzmkar mübarizə apardı”.
