9 fevral 2013 20:48
“Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 19-cu turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bir tərəfdən Premyer Liqanın başlanmasına sevinirik, digər tərəfdən isə problemlərimiz var. Məğlubiyyətdə səbəbi araşdırmağa vaxt yoxdur. Meydan amili bu gün böyük rol oynadı. Hazırlıq vaxtı süni meydançada oyun keçirmədik. Qış fasiləsində heyətdən 8 nəfər getdi, gecə-gündüz çalışmalıyıq ki, onların yerini dolduraq. Stukalovun oyununu fərqləndirmək istərdim. Sadə epizodlardakı səhvlər məğlubiyyətə gətirib çıxardı”.
