9 fevral 2013 20:56
“Bu gün nəticəyə oynayırdıq”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 19-cu turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turnir cədvəlindəki vəziyyətimiz qələbəyə oynamağa məcbur edir. Bugünkü oyunda nəticə üçün oynayırdıq. Qələbə qazandığımız üçün şadam. Bəzi səhvlər var ki, bunları aradan qaldırmağa çalışacağıq. Çempionatda zəif rəqib yoxdur, “Turan” yaxşı oyun göstərdi. Qələbəni azarkeşlərimizə həsr edirik”.
