9 fevral 2013 21:15
“Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 19-cu turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komandaya xallar lazım idi. Çətin oyun oldu. Oyunumuzu müdafiədən qurduq, rəqibi əks-hücumda tutmaq istəyirdik. Futbolçumuzun qırmızı vərəqə alması işimizi çətinləşdirdi. Lakin komanda sona kimi mübarizə apardı. Bizim üçün hər oyun vacibdi. Yeni transfer Buşiç komandaya gec qoşuldu. Tam uyğunlaşandan sonra daha yaxşı oynayacağına inanıram”.
