9 fevral 2013 21:27
“Üstünlüyü qola çevirmək üçün futbolçularımızda ustalıq çatışmır”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 19-cг turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk altılığa düşmək üçün mübarizə aparmalıyıq. Komanda oynayır, qol epizodları yaradır, lakin bundan istifadə edə bilmir. Üstünlüyü qola çevirmək üçün futbolçularımızda ustalıq çatışmır. Kobud səhvdən qapımızda qol gördük. Rəqibə əks-hücumlarda çox imkan verdik. Son tura kimi ümidimiz var. Qarşıdakı dörd oyunda ancaq qələbəyə oynayacağıq”.
