9 fevral 2013 11:16

Topaz Premyer Liqası, 19-cu tur: Vladislav Qədirovun proqnozu

“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Kəpəz – Neftçi
“Neftçi” artıq xal itirməməyə çalışacaq. Çünki qələbə onlar üçün çox vacibdi. Özü də Türkiyədəki toplanışdan sonra komanda nə dərəcədə yaxşı hazır olduğunu isbatlamaq istəyəcək. Fikrimcə, paytaxt klubu qələbə şansını qaçırmayacaq.
 
Rəvan – Turan
“Turan”ın hələ də ilk altılığa düşmək üçün nəzəri şansları qalmaqdadı. Onların baş məşqçisi Əfqan Talıbov da çox iddialı mütəxəssisdi. Ona görə də gərgin mübarizəyə şahid olacağımızı düşünürəm. Bu oyunda heç-heçə olacağı qənaətindəyəm.
 
AZAL – Simurq
Çox gərgin oyun olacaq. Həm bu, həm də digər komanda müdafiədən oynamağa üstünlük verir. Ona görə də adi qarşılaşma olmayacağını düşünürəm. Lakin nəzərə alsaq ki, AZAL rəqibini öz meydanında qəbul edəcək, bakılılar qələbə qazanmalıdı.
 
Bakı – Sumqayıt
“Bakı”nın bu oyunda qələbə qazanmaqdan başqa çıxış yolu yoxdu. Mütləq üç xal qazanmaq lazımdı. Mən də bakılıların “Sumqayıt”ı yenəcəyini düşünürəm.
 
Qəbələ - Qarabağ
Əminəm ki, yaxşı və ağır bir matç olacaq. “Qarabağ”ın Qəbələdəki oyunu adətən uğurlu alınır. Amma buna baxmayaraq, “Qəbələ”nin bu dəfə şansını qaçırmayacağını düşünürəm. “Qəbələ” 3 xal qazanmalıdı.
 
Xəzər Lənkəran – İnter
Burda proqnoz vermək bir qədər çətindi. Çünki hələ də hansı komandanın necə futbolçularla gücləndiyini bilmirik. Lakin ümumi götürdükdə doğma meydan amilinə görə “Xəzər Lənkəran”ın müəyyən üstünlüyü var. Düzdü, “İnter” heç də zəif komanda deyil. Amma mən lənkəranlıların qələbə qazanacağını gözləyirəm.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.