9 fevral 2013 11:58
Cihan Özkara: Baş məşqçi şans versə, oynamağa hazıram
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara yaxşı formada olduğunu və oynamaq istədiyini bəyan edib. Azerisport.az xəbər verir ki, Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor”un forvardı bunları dilə gətirib:
“Mən özümü yüz faiz hazır hesab edirəm. Əgər baş məşqçi “Trabzonspor”la oyunda mənə şans versə, nəyə qadir olduğumu göstərməyə çalışacağam. Allah eləsin ki, biz öz azarkeşlərimizi sevindirə bilək və üç xal qazanaq”.

Qeyd edək ki, “Sivasspor” sabah doğma divarlar arasında “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirəcək.