10 fevral 2013 00:03
Azərbaycan - Portuqaliya oyununun biletləri satışda
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, yerlərdən asılı olaraq 2, 5, 10, 20 və 50 AZN dəyərində olan biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “28 Mall” Ticarət Mərkəzindən, “Metropark” Ticarət və Əyləncə Mərkəzindən və Park Bulvar Alış-Veriş Mərkəzindən almaq mümkündü.
