9 fevral 2013 12:25
Cavid Hüseynov: Bakıya keçməklə düzgün addım atdım
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov Türkiyənin “Adana Demirspor” klubundan ayrılaraq “Bakı”ya keçməsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Adana Demirspor” məni buraxmaq istəmirdi. Klub rəhbərliyi ilə bu barədə bir neçə dəfə söhbətimiz də oldu. Onlar heç olmasa mövsümün sonuna qədər mənim komandada qalmağımı istəyirdilər. Amma mən “Bakı”ya keçmək istəyirdim. Onlar da görürdülər ki, mənim bütün fikirlərim artıq “Bakı” ilə bağlıdı. Əgər futbolçu bir klubda oynamaq istəmirsə, onu buna məcbur etmək olmaz. Mən düzgün addım atdığımı düşünürəm. “Bakı” yaxşı komandadı. Həmişə çempionluğa oynayan iddialı klublarımızdandı”.