9 fevral 2013 12:40
Bakı Rauf Əliyevin keçidini həll etdi
“Bakı” futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin keçidini həll edib. Azerisport.az xəbər verir ki, son günlərdə bu keçidin düyünə düşməsi barədə açıqlamalar yayılsa da, paytaxt klubu artıq bu forvardın adını sifariş ərizəsinə daxil edib.
“Qarabağ” da onun transfer vərəqini qarşı tərəfə göndərib. İndi yalnız tərəflərin müqaviləni imzalaması qalır.
