10 fevral 2013 00:35
Afrika Millətlər Kuboku: 3-cü yer Maliyə qismət oldu
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə üçüncü yer uğrunda görüş keçirilib.
Belə ki, bürünc medal uğrunda mübarizədə Mali Qana ilə üz-üzə gəlib. Qarşılaşma Malinin inamlı qələbəsi ilə başa çatıb. Beləcə, bu komanda turniri üçüncü yerdə başa vurub.
Qeyd edək ki, bu gün - fevralın 10-da keçiriləcək final matçında Nigeriya Burkina Faso ilə münasibətlərinə aydınlıq gətirəcək.
Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
9 fevral
Mali – Qana – 3:1
Qollar: Samassa, 21, Keyta, 42, Diarra, 90 – Asamoa, 82.
