10 fevral 2013 00:57

Namiq Yusifov: Foqtsdan məni də hücumçu mövqeyində oynatmasını gözləyə bilərəm

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqasının 19-cu turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- Bizi çətin səfər oyunu gözləyir. Bu komandaya qarşı oynamaq həmişə çətindi. Buna baxmayaraq, biz səfərə 3 xal dalınca gedirik. Düzdü, ilk dəqiqələrdən hücuma atılmağı düşünmürük. Çünki rəqibimiz də ilk altılığa düşmək üçün mübarizə aparır. Onlar da çalışacaqlar ki, öz meydanlarında qələbə qazansınlar. Əgər öz futbolumuzu sərgiləyə bilsək, “Qəbələ”ni məğlub edə bilərik.
 
- Komandanın hazırlığını necə qiymətləndirirsiz?
- Hazırlıq dövrü çox yüksək səviyyədə, istədiyimiz kimi keçdi. Düzü, yoxlama oyunlarındakı nəticələrimiz o qədər də ürəkaçan olmadı. Amma biz yorğun idik. “Qarabağ”ın əsl gücü çempionatda görünəcək.
 
- Yığma üzvlərinin bir neçə gün “Qarabağ”dan ayrı qalması təsirini göstərə bilər?
- Təbii ki, komandamızın toplanışın sonunadək birgə olmaması yaxşı hal sayıla bilməz.
 
- Dubaya gedən komanda yoldaşlarınızla söhbətləşmisiz?
- Şəxsən mən yox.
 
- Özbəkistanla qolsuz heç-heçə barədə nə deyə bilərsiz?
- Futbolçuların bu oyundakı mövqeyini nəzərə alsaq, normal nəticədi. Amma özbəklərin bizə qarşı hansı heyətlə mübarizə apardığını da bilmirəm.

- Yarımmüdafiəçi Rəşad Sadiqov bu oyunda mərkəz müdafiəçisi mövqeyində, mərkəz müdafiəçisi Bədavi Hüseynov müdafiənin sağında, Maksim Medvedev isə solda çıxış edirdi...
- Bir halda ki, baş məşqçi bu futbolçuları belə fərqli mövqelərdə oynadır, onda mən də hücumçu mövqeyinə çağırılmağımı gözləyə bilərəm.

- Bəs Lixtenşteynlə görüş haqda nə düşünürsüz?
- Düzünü deyim ki, mən bu oyunu görməmişəm və detallı analiz apara bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, belə rəqibləri asanlıqla məğlub etmək lazımdı. Azərbaycan və Lixtenşteyn fərqli səviyyəli komandalardı. Komandanın daha çox qol vurmaq üçün xeyli şansları olub. Yəqin ki, bəxtləri gətirməyib.
 
- Berti Foqts sizi də iki dəfə yığmaya çağırıb. Onun oyun fəlsəfəsini başa düşə bilmisiz?
- Onun heyəti necə müəyyənləşdirdiyini görəndən sonra heç bir oyun fəlsəfəsindən danışmaq olmaz. Necə futbolçunu klubunda daim oynadığı mövqedə yox, fərqli mövqedə oynatmaq olar? Yəqin ki, o, ancaq necə qol buraxmamaq haqda düşünür.
 
- Bizdə adətən baş məşqçini tənqid edən futbolçuların yığmaya yolu açılır...
- Mən düşünürəmsə, onu da deyirəm. Çağırır, qoy çağırsın. “Qarabağ”da klubumun oyunlarına köklənmişəm. Yığmada olmaq hər bir futbolu üçün şərəfdi. Amma belə məşqçi ilə çətin ki, mən orda parlaya bilim. Onun tamamilə fərqli futbol fəlsəfəsi var. Əgər o, hər futbolçunu öz mövqeyində oynatsaydı, mən də nəsə gözləyə bilərdim. Vurğun Hüseynovu dayaq yarımmüdafiəçisi kimi oynadır, Qara Qarayevi müdafiənin solunda oynadır. Mən belə başa düşürəm ki, Foqts üçün dayaq yarımmüdafiəçisi mövqeyi yoxdu. O, iki qat müdafiə xətti yaradır: biri arxada, biri ortada. (gülür)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.