9 fevral 2013 13:56
Qarabağın sabiq yarımmüdafiəçisi Rumıniya klubunda
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Nderim Nedzipi özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi bundan sonra Rumıniyada çıxış edəcək.
Belə ki, Nedzipi bu ölkənin “Vaslui” klubu ilə müqavilə imzalayıb. Tərəflər bir illik anlaşma ilə bağlı razılığa gəliblər.
