9 fevral 2013 14:25
AZAL yeni futbolçuları ilə müqavilə imzaladı (FOTO)
AZAL qış transfer pəncərəsində heyətində görmək istədiyi futbolçularla müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu mövsümün əvvəlini “Neftçi”də keçirmiş müdafiəçi Saşa Yunisoğlu ilə “6 ay+1 il” şərti ilə müqavilə bağlayıb.
“Təyyarəçilər” həmçinin serbiyalı yarımmüdafiəçi Vladimir Boqdanoviç və ABŞ-dan olan Uilyam Conla da rəsmən anlaşıblar. Hər iki futbolçu ilə 2,5 illik müqaviləyə imza atılıb.
Artıq yeni futbolçuların AZAL-da hansı nömrə altında çıxış edəcəkləri də bəllidi. Belə ki, Yunisoğlu 77, Boqdanoviç 32, Con 28 nömrəsini seçib.
