10 fevral 2013 02:07
Millimizin forvardı Almaniyada 12 dəqiqə oynadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Kaiserslautern” klubunun ikinci komandasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası “Frankfurt”la qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Rüfət bu oyunun əvvəlini ehtiyatda oturmaqla izləyib. Baş məşqçi yığmamızın forvardına yalnız 78-ci dəqiqədə şans verib.
