10 fevral 2013 01:44
Ruslan Abışovsuz Rubin yenə də məğlub oldu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun müqavilə bağlamağa hazırlaşdığı Rusiyanın “Rubin” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi İspaniya toplanışı çərçivəsində Ukraynanın “Dnepr” klubu ilə qarşılaşıb.
Görüş 1:0 hesabı ilə Ukrayna klubunun xeyrinə başa çatıb.
Abışov bu görüşdə də forma geyə bilməyib. Qeyd edək ki, o, bir müddət öncə Almaniyada burnundan əməliyyat olunduğuna görə, komandanın hazırlıqlarından kənar qalmışdı.
