10 fevral 2013 17:23
Qəbələ Qarabağ, Sumqayıt Bakı ilə sülh bağladı (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 19-cu turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
Günün ilk görüşü paytaxtda “Bakı” ilə “Sumqayıt” arasında gerçəkləşib. Qarşılaşma heç-heçə bitib.
“Qəbələ” isə “Qarabağ”la prinsipial görüşə çıxıb. Elə bu qarşılaşmada da tərəflər sülhə razılaşıblar.
Qeyd edək ki, hesabat turuna sabah keçiriləcək “Xəzər Lənkəran” – “İnter” matçı ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
19-cu tur
10 fevral (bazar)
QƏBƏLƏ – QARABAĞ - 1:1 (1:0)
Qollar: L.Zinko, 41 (1:0), R.Almeyda, 54-pen (1:1).
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, Orxan Məmmədov.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
5. İlk dəqiqələr bir qədər sakit keçir
10. "Qarabağ" daha fəaldı və qələbə üçün gəldiyini hiss etdirməyə başlayır
13. N.Yusifovun zərbəsini A.Nəzirov tutur
20. "Qarabağ" da, "Qəbələ" də hücumlar qursa da, təhlükəli qol epizodu yaratmaq mümkünsüzdü
30. Oyun daha çox meydanın mərkəzində keçir
33. V.Hüseynov topu qapıçısına göndərərkən inamsız oynadı və az qala topu ələ keçirən V.Cavadov hesabı açacaqdı. Amma son anda A.Nəzirov qola imkan vermir
40. Ağdam klubu daha istəkli görünür
41. Qonaq müdafiəçilərin kobud səhvindən sonra L.Zinko hesabı açır - 1:0
43. V.Cavadovun başla zərbəsi qapı tirindən dönür
44. "Qarabağ"ın ardıcıl iki korner vuruşundan qol səsi çıxmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
54. V.Hüseynov cərimə meydançasında R.Almeydaya qarşı kobud oynayır və penaltiyə səbəb olur
55. Almeyda Anar Nəzirovla dueldən qalib ayrılır və hesabı bərabələşdirir - 1:1
58. "Qəbələ"də Dabonu Kamanan əvəzləyir
68. Ə.İsmayılovu V.Nadirov əvəzləyir
72. R.Abdullayevin təhlükəli nöqtədən cərimə zərbəsi canlı səddən qayıdır
74. Mendi sarı vərəqə ilə cəzalanır
75. V.Cavadovun yaxın küncə zərbəsini A.Nəzirov dəf edir
77. "Qarabağ"da B.Subaşiç V.Cavadovun əvəzində meydana daxil olur
78. "Qəbələ"də isə İ.Emeqaranı N.Valentiç əvəzləyir
80. "Qəbələ"də daha bir dəyişiklik: R.Abdullayevi C.Sultanov əvəzləyir
81. Mendinin zərbəsi dəqiq alınmır
88. "Qarabağ"ın növbəti qolu vurmasına son anda Valentiç mane olur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. V.Nadirovun zərbəsi qapıdan yan keçir
90+1. R.Almeydanı B.Hüseynov əvəzləyir
Matç başa çatdı
QƏBƏLƏ: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 4. Amit Quluzadə, 5. Luka Zinko, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 10. Dodo, 14. Mustafa Dabo, 16. İfeanyi Emeqara, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 6. Nikola Valentiç, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 34. Ürfan Abbasov, 90. Ceyhun Sultanov.
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 15. Toğrul Bilallı, 18. İlqar Qurbanov, 17. Vüqar Nadirov, 55. Bədavi Hüseynov, 11. Branimir Subaşiç, 6. Hacı Əhmədov.
BAKI – SUMQAYIT - 1:1 (1:1)
Qollar: O.Əliyev, 12 (0:1), M.Pena, 28 (1:1)
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Cavanşir Yusifov, Ömər Paşayev.
“Bakı”nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
12. Orxan Əliyev dəqiq zərbə ilə hesabı açır - 0:1
20. "Sumqayıt" qoldan sonra da pis təsir bağışlamır
25. O.Əliyev ikinci qolu vurmağa çox yaxın olsa da, zərbəsi dəqiq olmur
26. Penanın zərbəsi qapının üstündən keçir
27. Boş qapıya gedən topu son anda Ş.Əliyev qapı xəttindən çıxarır və komandasını ikinci qoldan xilas edir
28. Pena dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1
33. "Sumqayıt" inanılmaz qol epizodundan yararlana bilmir
41. Penanın cərimə zərbəsini S.Ağayev asanlıqla tutur
42. Nuredinoski komandasını qoldan xilas edir
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Hər iki komanda yenə çox fəaldı
54. T.Taktak sarı vərəqə ilə cəzalanır
56. A.Nəbiyev də sarı vərəqə alır
58. A.Nəbiyev iki dəqiqə içində növbəti sarı - qırmızı vərəqə ilə meydandan qovulur
66. O.ƏLiyevi C.Akgün əvəzləyir
67. M.Martinesi D.Çesnauski əvəzləyir
75. Qarşılıqlı hücumlar demək olar ki, tam bəhrəsizdi
80. "Bakı" azlıqda qalsa da, müdafiədə oturmur
84. P.F.Azad təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, qapı tiri onun qola sevinməsinə mane olur
85. P.F.Azad sarı vərəqə alır
86. E.Məmmədovu R.Hacıyev əvəzləyir
87. R.Hacıyevin yaxın məsafədən zərbəsini S.Ağayev tutur
89. "Bakı" korneri boşa verir
90. Matçın əsas vaxtına üç dəqiqə əlavə olunur
90+1. S.Allahquliyevi E.Cəfərquliyev əvəzləyir
Matç başa çatdı
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 5. Aqil Nəbiyev, 10. Lukas Mario Horvat, 8. Junior Vilson, 11. Elvin Məmmədov (k), 17. Mario Rubio, 24. Marius Pena, 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 99. Rəhman Hacıyev, 19. Nurlan Novruzov, 14. Elvin Əliyev, 28. Ferdi Elmas.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 5. Murad Doymuş, 6. Taner Taktak, 9. Orxan Əliyev, 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 17. Emin Cəfərquliyev, 22. Xəyal Mustafayev, 76. Can Akgün.
Turun digər oyunlarının nəticələri: Kəpəz – Neftçi – 0:3, Rəvan – Turan – 2:0, AZAL – Simurq – 1:1
| 1 | İnter | 18 | 9 | 7 | 2 | 19 | 7 | +12 | 34 |
| 1 | Simurq | 19 | 9 | 7 | 3 | 24 | 12 | +12 | 34 |
| 3 | Qarabağ | 19 | 8 | 8 | 3 | 24 | 17 | +7 | 32 |
| 4 | Neftçi | 18 | 10 | 2 | 6 | 38 | 21 | +17 | 32 |
| 5 | Qəbələ | 19 | 8 | 5 | 6 | 22 | 19 | +3 | 29 |
| 6 | XL | 18 | 6 | 6 | 6 | 24 | 18 | +6 | 24 |
| 7 | AZAL | 18 | 5 | 8 | 5 | 22 | 20 | +2 | 23 |
| 8 | Sumqayıt | 19 | 5 | 6 | 8 | 18 | 33 | –15 | 21 |
| 9 | Bakı | 18 | 3 | 11 | 4 | 16 | 14 | +2 | 20 |
| 9 | Turan | 18 | 5 | 5 | 8 | 19 | 24 | –5 | 20 |
| 11 | Rəvan | 19 | 5 | 4 | 10 | 18 | 31 | –13 | 19 |
| 12 | Kəpəz | 19 | 2 | 3 | 14 | 11 | 39 | –28 | 9 |
Bombardirlər:
16 - Nikolas Kanales (Neftçi)
10 - Franko Nildo (AZAL)
7 - Riçard Almeyda (Qarabağ), Salif Ballo (Turan), Zohair Benouahi (AZAL)
6 - Xuan Manuel Varea (Rəvan), Baçana Sxadadze (İnter).
