9 fevral 2013 15:48
İnter braziliyalı hücumçu ilə gücləndi (FOTO)
Transfer pəncərəsinin bağlanmasına az qalmış "İnter" yeni futbolçuyla razılığa gəlib. Azerisport.az xəbər verir ki, paytaxt klubu braziliyalı futbolçu ilə güclənib.
Belə ki, Gürcüstanın “Dinamo” (Tiflis) komandasının üzvü Roberto Soares Anginetti (Robertinyo) cari mövsümün sonunadək "İnter"in uğurları üçün çalışacaq. Braziliyalı futbolçu hücum mövqeyində oynayır.
Xatırladaq ki, qış fasiləsində komanda daha bir futbolçuyla - Yuri Fomenkoyla müqavilə imzalamışdı.
