9 fevral 2013 16:17
Xəzər Lənkəran daha bir futbolçu ilə müqavilə imzaladı
"Xəzər Lənkəran" argentinalı futbolçu Luçano Esteban Olginlə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilənin müddəti 1,5 ildi.
Luçano 2004-cü ildə Argentinanın “Rasing” və “San Martin” klublarında oynayıb. 2005-ci ildən başlayaraq o, Belçika çempionatında çıxış etməyə başlayıb və bu ölkənin “Royal Antverp” (2005-2008) və “KSK Beveren” (2008-2009) klublarının şərəfini qoruyub. 2009/10 mövsümündə Luçano Yunanıstanın “Pierikos” klubunda oynayıb. 2010-cu ildən başlayaraq Olgin Çin çempionatında çıxış edib. Onun oynadığı klublar “Tianjin Teda” və “Hohhot Dongjin” olub.
